Bu marşrut avtobusu yeniləndi

Baş səhifə

Bakı.Trend:

206 nömrəli şəhərətrafı müntəzəm marşrut xəttinə müasir və
komfortlu avtobuslar cəlb edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Xaliq Faiqoğlu” MMC avtobuslarla xəttin istismarını fevralın
12-dən həyata keçirəcək.




Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə
əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə
hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Gedişhaqqı 0,60 AZN müəyyən edilib.