Ukrayna Gəmiçilik Administrasiyasının rəhbəri istefa verib

Baş səhifə
Ukrayna Gəmiçilik Administrasiyasının rəhbəri istefa verib

Ukrayna dövlət Dəniz və Daxili Su Nəqliyyatı və Gəmiçilik Xidmətinin (Gəmiçilik Administrasiyası) rəhbəri Nikolay Kravçuk istefa verdiyini elan edib.

“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.

“Bu gün Gəmiçilik Administrasiyasının rəhbəri vəzifəsində fəaliyyətimi başa vururam”, – o bildirib.

N.Kravçuk 2025-ci ilin yanvarından Gəmiçilik Administrasiyasına rəhbərlik edib. Bundan əvvəl, 2024-cü ilin noyabrından o, bu qurumun rəhbərinin birinci müavini vəzifəsini tutub.