Bakı. Trend:
Livanın şimalındakı Tripoli şəhərində yaşayış binasının uçması
nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Trend xəbər verir
ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki,
xilasedicilər dağıntılar altında daha səkkiz nəfəri çıxarıb və
onları xəstəxanaya yerləşdiriblər.
Livan Prezidenti Jozef Aun bütün təcili yardım xidmətlərinin
xilasetmə əməliyyatına kömək etmək və qonşu binaların sakinlərinə
sığınacaq vermək üçün yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr
edib. Baş nazir Nəvaf Salam isə hökumətin təxliyə olunanlara
müavinət verməyə hazır olduğunu bildirib və faciəni “illərin
səhlənkarlığı” ilə əlaqələndirib.

