
Bakı.Trend:
Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan
readmissiya sazişləri çərçivəsində 2026-cı ilin yanvar ayı ərzində
38 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Miqrasiya
Xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya
olunub.


