MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələndi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) “Milan-Kortina-2026”
Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən idmançılar Karina
Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda
“Arsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə
bağlı tədbir görülüb.

Komitədən Trend-ə verilən məlumata görə, MOK-un haqlı
narazılığına Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq
Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət
bildiriblər.




Erməni idmançıların bu seçiminin Olimpiya Xartiyasının siyasi
neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış
vaxtı onların istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi
barədə məlumat verilib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun
vurulacaq.