
Bakı. Trend:
Son beş ildə qar örtüyünün maksimal hündürlüyü Lerikdə qeydə
alınıb. Belə ki, 2026-cı ilin ötən dövrü ərzində qar örtüyünün
maksimal hündürlüyü yanvar ayında 116 sm-ə çatıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Milli
Hidrometeorologiya Xidmətinin əməkdaşı Şəbnəm Qurbanova
bildirib.
Onun sözlərinə görə, 2026-cı ilə qədərki beşillikdə isə ölkə
ərazisində qar örtüyünün maksimal hündürlüyü 2025-ci ilin fevral
ayında qeydə alınıb:
“Həmin vaxt Qax rayonunun Sarıbaş kəndində qar örtüyünün
hündürlüyü 95 sm olub. Eyni ildə Bakıda və Abşeron yarımadasında
isə qar örtüyünün hündürlüyü 13 sm qeydə alınıb”.


