
Cənubi Koreyada hərbi vertolyot qəzaya uğrayıb, iki nəfər həlak olub.
Modern.az xəbər verir ki, “Yonhap” Agentliyinin məlumatına görə, AH-1S vertolyotu bu gün səhər saatlarında Gyeonggi əyalətinin Qapyeong qraflığında qəzaya uğrayıb.
Səlahiyyətlilər hadisənin yanğın və ya partlayışla əlaqəli olmadığını bildiriblər.
Yenilənmiş məlumata görə, sözügedən vertolyot Ordunun 15-ci Aviasiya Qrupu Batalyonuna məxsus Cobra AH-1S olub. Vertolyot adi təlim uçuşunda olub.
Hər iki heyət üzvü gizir rütbəsində olub.
Qəzanın səbəbi hələ müəyyən edilməyib və hərbçilər araşdırmaya başlayıblar.


