“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzatdı

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Fənərbağça” komandası futbolçusu Anderson Talişka
ilə yeni müqavilə imzalayıb.

Trend-in
məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.




Məlumata əsasən, braziliyalı hücumçunun sözləşməsinin müddəti
2028-ci ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Anderson Talişka 2025-ci ilin yanvar ayından “Fənərbağça”da çıxış edir.