Bakı. Trend:
Sabirabad rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,
rayonun Cəngan kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli iki
otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə
yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

