Bakı. Trend:
Ayda ilk şəhər 10 ildən az müddətdə salına bilər.
Trend-in
məlumatına görə, bu barədə “SpaceX” şirkətinin təsisçisi İlon Mask
bildirib.
Onun sözlərinə görə, Ayda özünü təmin edən şəhərin qurulması
şirkətin əsas prioritetlərindən biridir.
İlon Mask “X” sosial şəbəkəsində yazıb: “SpaceX” diqqətini Ayda
özünü təmin edən bir şəhər inşa etməyə yönəldib, çünki potensial
olaraq bu məqsədə 10 ildən az müddətdə nail ola bilərik. Marsda isə
bu, 20 ildən çox vaxt aparacaq”.
O qeyd edib ki, Marsa uçuş pəncərəsi hər 26 aydan bir açılır və
səyahət müddəti təxminən altı ay davam edir. Bununla yanaşı, Mask
vurğulayıb ki, Aya uçuşlar hər 10 gündə bir həyata keçirilə bilər
və səfər cəmi iki gün çəkir.

