Bakı. Trend:
Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Yaponiya Liberal
Demokrat Partiyası (LDP) ölkə parlamentinin aşağı palatasına
keçirilən seçkilərdə 465 yerdən 316-sını qazanaraq qalib gəlib.
Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər
verib.
Yekun hesablamalara görə, LDP 316 mandat, koalisiya tərəfdaşı
olan İnnovasiya Partiyasının isə 36 mandat qazana bilib.
Bu, LDP-nin 1955-ci ildə təsis edildiyindən bəri ən yaxşı
nəticəsidir. Əvvəlki rekord 1986-cı ildə Baş nazir Yasuhiro
Nakasonenin dövründə əldə edilmişdi, o zaman partiya 300 yer
qazanmışdı.

