ABŞ ordusunun patrul təyyarəsi İran yaxınlığında kəşfiyyat apardı

Baş səhifə

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” sualtı qayıq
əleyhinə patrul təyyarəsi bazar günü İran yaxınlığında Fars körfəzi
üzərində uçuş həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə “Flightradar24” xidməti
bildirib.




Təyyarə Bəhreyndəki aviabazadan havaya qalxıb. Çoxsaatlıq uçuş
zamanı “P-8A Poseidon” təyyarəsi mərkəzi Fars körfəzindəki
beynəlxalq sular üzərindən, Bəhreynin şimalında BƏƏ-yə uçub.

Bu Amerika patrul təyyarəsi müntəzəm olaraq Hörmüz boğazı, Fars
körfəzi və Oman körfəzindəki vəziyyəti izləmək üçün istifadə
olunur.