Odessada avtomobil partlayıb, ölən var

Baş səhifə
Odessada avtomobil partlayıb, ölən var

Ukraynanın Odessa şəhərində avtomobildə partlayış baş verib, nəticədə bir nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukraina” Odessa vilayətinin milli polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində həlak olub.

“İlkin məlumata görə, partlayış nəticəsində avtomobilin 21 yaşlı sahibi həlak olub”, – məlumatda bildirilib.

Partlayışın təfərrüatları hələlik məlum deyil.