Bakının iki qəsəbəsində işıq kəsiləcək

Baş səhifə

Bakı.Trend:

Bu gün Bakının Suraxanı rayonunun bəzi ərazilərində elektrik
enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.




Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Əmircan
qəsəbəsi Səttar Bəhlulzadə, Bülbülə qəsəbəsi Çingiz Nəsirov,
Nəriman Nərimanov, Vüqar Bədəlov küçələrində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.