Avropada təbii qazın qiyməti 412 dolları ötüb

Baş səhifə

Ötən gün hərracların bağlanışında Avropada qazın 1000 kubmetrinin qiyməti 412 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 5 fevral tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 412,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (409,4 dollar) ilə müqayisədə 0,7% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.