“Volvo Cars”ın səhmləri sürətlə enir

Baş səhifə

Bakı. Trend:

“Volvo Cars” şirkəti dördüncü rübdə tələbatın zəifləməsi fonunda
qiymətləri tənzimləməsinin mənfəətə mənfi təsir göstərdiyini
açıqlayıb. Şirkət bildirib ki, bu dövrdə mənfəət 68% azalıb və
nəticədə səhmlər rekord səviyyədə gündəlik eniş yaşayıb.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumatlara görə, dördüncü rüb nəticələrini açıqlayan ilk Avropa
avtomobil istehsalçısı olan “Volvo Cars” 2026-cı ildə illik satış
həcminin artacağını proqnozlaşdırsa da, rəhbərlik “davamlı sərt
xarici mühit”in şirkət üçün risk yaratmağa davam etdiyini
vurğulayıb.




Şirkətin baş maliyyə direktoru bildirib ki, Çin və ABŞ-də
elektrikli avtomobillər üçün vergi güzəştlərinin dayandırılması
bazar şəraitini daha da çətinləşdirib.

Qeyd edək ki, “Volvo Cars”ın səhmləri bu gün 22%-dən çox
ucuzlaşıb və son üç ay ərzində ümumi eniş 29%-ə çatıb.