Qurbanov “Neftçi”nin təklifi rədd etməsindən danışdı

Baş səhifə

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyunun təxirə salınmamasında problem görmür.

Metbuat.az xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.

O, sosial şəbəkələrdə məsələnin müzakirə olunmasına toxunub:

“Sosial şəbəkələrdə yoxam. Amma hər hadisəyə normal yanaşıram. Bu, kimisə haqlı və ya haqsız çıxarılası mövzu deyil. Peşəkar Futbol Liqasına (PFL) “Neftçi” ilə qarşılaşmanın təxirə salınması ilə bağlı müraciət etmişik. Həmin vaxt rəqib “Neftçi” və digər kollektiv də ola bilərdi. Hansısa fikir bildirmək istəmirəm. Biz niyə müraciət etdik? Çünki bu, PFL-in reqlamentində var. Amma təxirə salınmadı. Burada ciddi problem görmürəm. Onların da öz proqramları və hazırlıq prosesləri var. Bunu başa düşürəm. Daha əvvəl təxirə salınan və ya vaxtı dəyişdirilən matçlar olub. Bu dəfə olmadı deyə kimdənsə küsmək fikrimiz yoxdur. Daha dərindən düşünürək oyunlara hazırlaşmalıyıq”.

Q.Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı”ya uduzduqları ilk oyuna (1:2) da toxunub:

“İlk növbədə azarkeşlərə təşəkkür edirəm. Belə hava şəraitində bizi tək qoymadılar. Kubokda ilk matçımız idi. Bizim üçün ciddi nəticə oldu. Cavab qarşılaşmasına daha ciddi hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar”.

Qeyd edək ki, “Neftçi” klubu “Qarabağ”la çempionat görüşünün təxirə salınmasına razılıq verməyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.