Bakı. Trend:
ABŞ və İran arasında danışıqlar əvvəlcədən planlaşdırıldığı
kimi, 6 fevral cümə günü Omanda baş tutacaq.
Trend “Reuters”ə
istinadən xəbər verir ki, bu barədə Amerika rəsmisi məlumat
yayıb.
Rəsmi, ABŞ–İran danışıqlarının məhz cümə günü Omanda
keçiriləcəyini təsdiqləyib.
Məlumata görə, doqquz Yaxın Şərq ölkəsinin nümayəndələri ABŞ
Prezidenti Donald Trampı İran tərəfi ilə məsləhətləşmələrdən imtina
etməməyə razı sala biliblər.

