
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında danışıqların ikinci mərhələsi başlayıb.
Danışıqların iki gün, 4-5 fevral tarixlərində davam etməsi gözlənilir.
Modern.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, görüş qapalı keçirilir və ondan sonra mətbuat konfransı planlaşdırılmır.
TASS mənbəyinin verdiyi məlumata görə, Əbu-Dabidəki danışıqlar Ukraynanın NATO-ya qoşulmaması anlayışı ilə aparılır.
Politico Ukrayna və Amerika rəsmilərinə istinadən qeyd edir ki, danışıqların ikinci mərhələsi gözləniləndən daha ümidverici ola bilər.
Nümayəndə heyətlərinin əvvəlcə 1 fevral bazar günü görüşməsi planlaşdırılırdı. Kreml təxirə salınmanı “üç tərəf arasında qrafik ziddiyyətləri” ilə izah etdi.


