Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Baş səhifə

2026-cıil 1 yanvar tarixinə xarici dövlət borcu 4.813,5 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 129.094,0 milyon manat (75.937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil edib.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə , xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalmışdır. 2025-ci il ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞ dolları məbləğində artması müqabilində 472,8 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2026-cıilin 01 yanvartarixinəxarici dövlət borcunun ÜDM-ənisbəti 2025-ciilin əvvəli iləmüqayisədə 0,6 faiz bəndi azalıb.

Qeyd edilib ki, hesabat tarixinə xarici dövlət borcunun tərkibindədəyişkən faiz dərəcəsi iləolan öhdəliklər xarici dövlət borcunun 49,5faizini, sabit dərəcəiləolanlar isə50,5faizini təşkil etmişdir. 2026-cıilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 35,4%-i Asiya İnkişaf Bankının, 28,8%-i avro bondların, 13,7%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.