Qəzzalılar bir ildən sonra ilk dəfə tibbi yardım üçün Misirə keçiblər

Baş səhifə

Tibbi yardıma ehtiyacı olan bir qrup fələstinli 2025-ci ilin fevral ayından bəri ilk dəfə Qəzza zolağı ilə Misir arasındakı sərhədi Rəfəh keçid məntəqəsindən keçib.

APA xəbər verir ki, bu barədə Misirin “Al Qahera Al Ikhbareya” televiziya kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yaralılara ailələri müşayiət edir və yerində qısa müayinədən sonra onlar Sina vilayətindəki xəstəxanalara köçürüləcəklər.