
Bakı. Trend:
Kosta Rikada 2026–2030-cu illəri əhatə edəcək dövr üçün
prezident, iki vitse-prezident və parlamentin tərkibinin seçildiyi
ümumi seçkilərdə səsvermə yekunlaşıb.
Trend xəbər verir
ki, bu barədə Respublika Ali Seçki Tribunalı X hesabında məlumat
paylaşıb.
Məlumata görə, seçki məntəqələri fevralın 1-də yerli vaxtla saat
18:00-da bağlanıb və bundan sonra səslərin sayılmasına başlanılıb.
İlkin nəticələrin bir neçə saat ərzində açıqlanacağı
gözlənilir.
Ölkənin ən yüksək dövlət vəzifəsi uğrunda 20 namizəd mübarizə
aparır. Birinci turda qalib gəlmək üçün namizədlər səslərin 40
faizindən çoxunu toplamalıdırlar. Əgər heç bir namizəd bu
göstəriciyə çatmasa, aprelin 5-də ikinci tur keçiriləcək və ən çox
səs toplayan iki namizəd final mərhələsində yarışacaq.


