
Bakı. Trend:
Nyu-York Ticarət Birjasının bir bölməsi olan Comex birjasında
2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl fyuçerslərinin
qiyməti 19 yanvardan bəri ilk dəfə troya unsiyası üçün 4700
dollardan aşağı enib.
Trend xəbər verir
ki, bu barədə ticarət platformasının məlumatlarında qeyd
olunub.
Bakı vaxtı ilə saat 05:10-a olan məlumata görə, qızılın qiyməti
4666,5 dollar təşkil edib ki, bu da 4,91 faiz eniş deməkdir.
Saat 05:15-ə qədər qiymətlərdəki azalma sürətlənib və qızılın
bir troya unsiyasının dəyəri 4644,8 dollara (-5,35%) düşüb. Bu, 19
yanvardan bəri qızılın qiymətinin ilk dəfə 4650 dollardan aşağı
enməsi kimi qeydə alınıb.


