Cokoviçin “Australian Open – 2012” finalında istifadə etdiyi raketka rekord qiymətə satıldı

Baş səhifə

Bakı. Trend:

Serbiyalı tennisçi Novak Cokoviçin “Australian Open – 2012”
turnirinin final görüşündə istifadə etdiyi raketka hərracda rekord
məbləğə satılıb.

Trend xəbər verir
ki, raketka 540 min dollara (təxminən 918 min AZN) alıcı tapıb. Bu,
tennis raketkaları arasında indiyədək qeydə alınmış ən yüksək satış
qiymətidir.




Qeyd edək ki, “Australian Open – 2012”nin final görüşü “Böyük
Dəbilqə” turnirləri tarixində ən uzunmüddətli həlledici oyun kimi
yadda qalıb. Həmin qarşılaşmada Novak Cokoviç ispaniyalı Rafael
Nadalı məğlub edib. Final matçı 5 saat 53 dəqiqə davam edib.

Buna qədər rekord satış 2025-ci ildə qeydə alınmışdı. Həmin vaxt
ispaniyalı tennisçi Karlos Alkarasın “Uimbldon – 2023” finalında
Cokoviçi məğlub etdiyi oyunda istifadə etdiyi raketka 173 min
dollara (təxminən 294 min AZN) satılmışdı.