
Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Avropa
İttifaqının “Security Action for Europe” (SAFE) adlı müdafiə
fonduna çıxışı ilə bağlı daha əvvəl nəticəsiz qalan danışıqların
bərpasını dəstəklədiyini bildirib.
Trend xəbər verir
ki, bu barədə “The Times” qəzeti yazıb.
Starmer vurğulayıb ki, Avropanın müdafiə sahəsində daha fəal
iştiraka ehtiyacı var.
“Biz daha fəal olmalı və daha çox iş görməliyik. Təkcə Prezident
Donald Tramp Avropanın daha çox iş görməli olduğunu düşünmür, digər
liderlər də eyni fikirdədir. Mən də belə düşünürəm. Hesab edirəm
ki, xərclər, imkanlar və əməkdaşlıq məsələlərində birlikdə daha çox
iş görməliyik. Mən öz mövqeyimi ifadə etdim və bu o deməkdir ki,
SAFE kimi mexanizmləri və digərlərini nəzərdən keçirməliyik ki,
daha sıx əməkdaşlıq imkanlarının olub-olmadığını anlayaq”, – deyə
Baş nazir bildirib.


