Bakı. Trend:
Son üç ildə ilk kommersiya uçuşu Sudanın paytaxtı Xartum hava
limanına həyata keçirilib.
Trend xəbər verir
ki, məlumatı RFI radiostansiyası yayıb.
Milli aviaşirkətə məxsus Sudan Hava Yollarına aid təyyarə Port
Sudandan Xartuma eniş edib. Təyyarədə sərnişinlər arasında Baş
nazir Kamil İdris də olub.
Sudanın Mülki Aviasiya İdarəsi uçuşu “tarixi” adlandırıb, çünki
paytaxt hava limanı 2023-cü ilin aprelində silahlı münaqişə
başlayanda fəaliyyətini dayandırmışdı.

