Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulur

Baş səhifə
Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulur

Azərbaycan Basketbol Liqasında XV tura bu gün yekun vurulacaq.

“Report”un məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

A qrupunun “Gəncə” – “Şəki” görüşü saat 14:00-da, NTD – “Neftçi” matçı saat 18:00-da start götürəcək.

“Neftçi” bu qrupda 20 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan “Gəncə” dördüncü sıradadır. Beşinci yerdəki “Şəki”nin, altıncı mövqedəki NTD-nin 16 xalları var.

Qeyd edək ki, XV turda “Ordu” “Lənkəran”ı (103:63), “Naxçıvan” “Quba”nı (82:70), “Sərhədçi” “Sumqayıt”ı (98:94), “Sabah” “Abşeron Lions”u (117:96) məğlub edib.