
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Almaniyada işsizlərin sayı 2025-ci
ilin dekabr ayı ilə müqayisədə 177 min nəfər artaraq 3 milyon
həddini keçib. İşsizlik səviyyəsi isə son 12 ilin ən yüksək
göstəricisi olan 6,6 faizə yüksəlib.
Trend xəbər verir
ki, bu barədə “Tagesspiegel” nəşri məlumat yayıb.
Federal Məşğulluq Agentliyinin sədri Andrea Nales bildirib ki,
hazırda əmək bazarında canlanma üçün çox az impuls mövcuddur və
ilin əvvəlində işsizliyin artması əsasən mövsümi amillərlə
əlaqədardır.
Agentliyin məlumatına görə, iş axtaranlar üçün vakansiya tapmaq
getdikcə çətinləşir. Belə ki, qeydiyyatda olan boş iş yerlərinin
sayı 598 minə enib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34
min azdır.
Bundan əlavə, 2026-cı ilin yanvar ayında təxminən 41 min məktəb
məzunu və ali təhsil müəssisələrinin tələbəsi təcrübə yeri tapa
bilməyib.


