
Dmitri Peskov
ABŞ lideri Donald Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə, Rusiya Prezidenti Vladimir Putindən fevralın 1-nə qədər Kiyevə zərbələrdən çəkinməyi xahiş edib.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Tramp danışıqların aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident Putindən şəxsən xahiş edib ki, bir həftə boyu fevralın 1-nə qədər Kiyevə zərbələr endirməkdən çəkinsin”, – Kreml nümayəndəsi qeyd edib.
Peskov, Trampın zərbələrin dayandırılması təklifinə Rusiya tərəfinin cavabının nə olduğu deməyib. “Artıq deyilənlərə heç nə əlavə edə bilmərəm”, – o vurğulayıb.
Daha əvvəl Tramp bildirmişdi ki, soyuq qış səbəbindən Rusiya Silahlı Qüvvələrinin Kiyev və Ukraynanın digər şəhərlərinə bir həftə zərbələri dayandırması barədə Putindən şəxsən xahiş edib. Trampın sözlərinə görə, Rusiya lideri razılaşıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


