Şükürbəyli kəndində qaz təchizatı işlərinə başlanılır – 3,5 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Cəbrayıl rayonunun Şükürbəyli kəndində evlərin qaz təchizatı ilə
təmin olunması üzrə işlərə başlanılır.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, görüləcək işlər çərçivəsində Şükürbəyli kəndinin
1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) yaşayış məntəqəsində
sahədaxili və evlərin qaz təchizatı ilə təminatı işləri
aparılacaq.

Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu artıq bununla
bağlı müavfiq işləri yekunlaşdırıb.




Fond sözügedən işlərin icrasını “Tunel-Metro İnşaat” MMC-yə
həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən,qeyd olunan işlər 3.5 milyon manata başa
gələcək.