
Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turuna
start veriləcək.
Trend xəbər
verir ki, turun ilk günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Karvan-Yevlax” öz meydanında “Sumqayıt”ı
qəbul edəcək. Qarşılaşma Yevlax şəhər stadionunda saat 14:30-da
start götürəcək.
Günün ikinci matçında “İmişli” “Qəbələ” səfərinə yollanacaq.
Qarşılaşma Qəbələ şəhər stadionunda saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Sumqayıt” 27 xalla turnir cədvəlinin 5-ci,
“İmişli” 18 xalla 9-cu, “Qəbələ” 11 xalla 11-ci, “Karvan-Yevlax” 6
xalla sonuncu, 12-ci pillədə qərarlaşıb.


