“Qərbi Çıraq” platformasından indiyədək hasil edilən neftin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən
Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi çərçivəsində Qərbi
Çıraq platformasından indiyədək ümumilikdə 251 milyon barel (34
milyon ton) neft hasil edib.

Trend bu barədə
bp-yə istinadən xəbər verir.

Məlumata görə, platformadan indiyədək 26-sı neft hasilatı, 1-i
qaz hasilatı, 7-i suvurma quyusu, 1-i isə şlamların yenidən laylara
vurulması üçün quyu olmaqla ümümilikdə 35 quyu qazılıb.




“Bu uğurun əsasında Azərbaycan hökuməti, SOCAR və digər
partnyorlarımızla etibarlı tərəfdaşlıq və platformanın peşəkar işçi
heyətinin əla iş icrası və qətiyyəti durur”, – məlumatda qeyd
edilib.

Qeyd edək ki, 2014-cü ilin yanvarın 28-də Xəzər dənizinin
Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının
işlənməsi çərçivəsində Qərbi Çıraq platformasından neft hasilatına
başlanılıb.