Paytaxtda oğurluq edənlər saxlanıldılar

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib.

Trend xəbər
verir kİ, bu barədə DİN məlumat yayıb.




Bildirilir ki, rayon sakini polisə müraciət edərək “Tufan”
markalı mopedinin oğurlandığını bildirib. Polis əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən H.Həsənov
və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil
telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli
bilinən N.Məmmədova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.