Tramp İranı daha dağıdıcı əməliyyatla hədələdi

Baş səhifə

Bakı. Trend:

Böyük bir armada İran istiqamətində hərəkət edir.

Trend xəbər verir
ki, bunu Ağ Ev rəhbəri Donald Tramp öz “Truth Social” sosial şəbəkə
hesabında yazıb.

Tramp 2025-ci ilin iyun ayında ABŞ-nin İslam Respublikasında
“Gecəyarısı çəkici” (Midnight Hammer) adlı əməliyyat həyata
keçirdiyini xatırladıb .




“Növbəti hücum daha da ağır olacaq. Buna yol verməyin”, – deyə o
əlavə edib.

“Gecəyarısı çəkici” (Operation Midnight Hammer) 2025-ci ilin 22
iyununda ABŞ hərbi qüvvələri tərəfindən İranın üç əsas nüvə
obyektinə – Fordo, Nətanz və İsfahan nüvə komplekslərinə zərbələrin
endirilməsi ilə müşayiət olunmuş əməliyyatdır. ABŞ-ın “B-2 Stealth”
bombardmançıları həmin oybektləri 14 30 000 funt çəkili GBU-57
“bunker buster” bombaları ilə hədəfə alıb.