
Əgər Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırdırsa, Rusiya onu Moskvaya dəvət edir.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya Putinlə Zelenski arasında təmaslardan imtina etmir, lakin bu görüşlər hazırlanmalı və nəticəyə yönəlməlidir: “Rusiya Moskvada Zelenskinin təhlükəsizliyinə təminat verməyə hazırdır”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


