Türkiyə Prezidenti Ərdoğan Donald Trampla telefon danışığı aparıb

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald
Trampla telefon danışığı aparıb.

Trend xəbər verir
ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya
İdarəsi məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyət, Qəzza üzrə Sülh
Şurası ilə bağlı proses və müdafiə sənayesi daxil olmaqla, regional
və qlobal məsələləri müzakirə ediblər.




Məlumatda qeyd olunur ki, Ərdoğan Türkiyə ilə ABŞ arasındakı
əməkdaşlığı inkişaf etdirmək üçün addımların davam etdiriləcəyini
vurğulayıb və bütün sahələrdə münasibətlərin daha yüksək səviyyəyə
qaldırılmasının hər iki ölkənin ortaq mənafeyinə uyğun olduğunu
bildirib.

Türkiyə lideri həmçinin Suriyada atəşkəs və inteqrasiya
anlaşmasının tam şəkildə yerinə yetirilməsinə böyük önəm verdiyini
qarşı tərəfin diqqətinə çatdırıb, prosesi həm ABŞ, həm də Suriya
rəsmiləri ilə yaxından izlədiklərini qeyd edib.

Prezident Ərdoğan Qəzza üzrə Sülh Şurasının Qəzzadakı humanitar
böhranı sona çatdıracağı və Qəzzanın bərpası ilə bölgədə davamlı
sülhün bərqərar olacağına inandığını bildirib.