Gürcüstan prezidenti “Ninoy Günü” münasibətilə 59 nəfəri əfv edib

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili müqəddəs “Ninoy Günü”
münasibətilə 59 nəfərin əfv edilməsi barədə fərman imzalayıb.

Trend xəbər verir
ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat
yayıb.

Məlumata görə, əfv aktı 57 məhkuma şamil olunub, iki nəfərin isə
məhkumluğu tamamilə ləğv edilib.




Prezident Administrasiyasının açıqlamasında bildirilir ki,
dövlət başçısının Konstitusiya ilə ona verilmiş müstəsna
səlahiyyətlərdən istifadəsi humanizm prinsipinə, eləcə də dövlət
maraqlarına əsaslanır.

Qeyd olunur ki, bu, son 10 gün ərzində Gürcüstan Prezidentinin
imzaladığı ikinci əfv fərmanıdır. Xatırladaq ki, Mixeil Kavelaşvili
Epifaniya bayramı münasibətilə yanvarın 19-da 159 məhkumu əfv
edib.