Filippində zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Filippində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.




Məlumata görə, yeraltı təkanlar təxminən 13 min əhalisi olan
Kalamansiq yaşayış məntəqəsindən 31 km cənub-qərbdə baş verib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.