Neft Fondu qızıl alışını artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl
ehtiyatlarını 200 tona çatdırıb.

Trend bu
barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 53,4 ton və ya 36,4%
çoxdur.




Bu ilin yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın
xüsusi çəkisi 38,2% olub.

“Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və
geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər
artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bununla da,
ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər
formalaşmışdır”, – məlumatda vurğulanıb.