Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvü ilə Qəzzanı müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada HƏMAS-ın Siyasi
Bürosunun üzvü Xəlil Hayyenin rəhbərlik etdiyi HƏMAS nümayəndə
heyəti ilə görüşüb.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi
mənbələrindən bildirilib.

Məlumata əsasən, görüşdə Qəzza Sülh Planının ikinci mərhələsi,
Qəzzada humanitar vəziyyət və digər regional məsələlərlə bağlı
inkişaflar müzakirə olunub.




Hakan Fidan Türkiyənin Sülh Şurası başda olmaqla, digər
platformalar vasitəsilə Qəzza sakinlərinin hüquqlarını müdafiə
etməyə yönəlmiş diplomatik fəaliyyəti barədə məlumat verdi.

Nazir Türkiyənin Qəzzaya lazımi humanitar yardımın çatdırılması
üçün səylərini qətiyyətlə davam etdirəcəyini bildirib.