Kiyevdə 800 min insan hələ də elektrik enerjisiz qalır

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarının
nəticələrini aradan qaldırmaq üçün səylər davam edir.

Trend xəbər verir ki, bu
barədə Ukraynanın energetika naziri Denis Şmıqal açıqlama
verib.

Bərpa işlərində energetiklər, xilasetmə işçiləri və kommunal
xidmət əməkdaşları iştirak edir.




Nazirin sözlərinə görə, Kiyevdə ciddi elektrik enerjisi
çatışmazlığı yaşanmaqda davam edir.

Hazırda paytaxtda 800 mindən çox abonent əvvəlki günlərdəki kimi
elektrik enerjisiz qalır.