
Bakı. Trend:
En-Nesiri “Yuventus”a keçməyəcək, çünki “Fənərbağça”dan icarə
əsasında ayrılmaq istəmir.
Trend xəbər verir ki, Turin
klubunun idman direktoru Corco Kyellini bu barədə açıqlama
verib:
“En-Nesirinin razılaşmanın formulu ilə bağlı şübhələri var və
vəziyyəti dəyərləndirdikdən sonra danışıqların bitdiyini hesab
edirik. Biz En-Nesirini daimi əsaslarla transfer etməyəcəyik.”
Qeyd edək ki, daha əvvəl hücumçunun 5 milyon avroya icarəyə
götürülməsi və 19+3 milyon avro qarşılığında satınalma hüququnun
razılaşdırıldığı xəbər verilmişdi.


