
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların cənubdan ölkə
hüdudlarına daxil olmasının qarşısını almaq üçün NATO-nun kollektiv
müdafiə haqda nizamnaməsinin müvafiq müddəasına istinad edərək
alyans qüvvələrini sınaqdan keçirməyi təklif edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə o öz “Truth Social” sosial
şəbəkəsində yazıb.
Onun sözlərinə görə, NATO-nun cəlb edilməsi sərhəd patrulunun
çox sayda əməkdaşını digər vəzifələr üçün azad etməyə imkan
verəcək.
Eyni zamanda “Fox Business” telekanalına müsahibəsində Tramp
bildirib ki, ABŞ bu vaxta qədər heç vaxt NATO-ya ehtiyac duymayıb
və alyansdan ciddi şəkildə heç nə tələb etməyib.
Yanvarın 20-də Ağ Evin rəhbəri bəyan edib ki, onun NATO-ya
verdiyi töhfə olmasaydı, bu gün alyans mövcud olmazdı. Bununla
yanaşı, o vurğulayıb ki, NATO üçün Prezident Trampdan daha çox iş
görən nə bir insan, nə də bir prezident olub.


