
Bakı. Trend:
Dünyanın ən böyük işə qəbul agentliklərindən biri olan Randstad
27 min işçi və 1225 işəgötürən arasında sorğu aparıb, 35 bazarda 3
milyondan çox iş elanını təhlil edib.
Trend bu
barədə xarici KİV-ə istinadla xəbər verir.
Nəticələrə görə, hər beş işçidən dördü süni intellektin gündəlik
işlərinə təsir edəcəyini düşünür. Şirkətlərin AI çatbotları və
avtomatlaşdırmaya artan marağı xüsusilə “Z” nəsli arasında
narahatlıq yaradır.
Randstad-ın illik “Workmonitor” hesabatı süni intellekt
bacarıqları tələb edən vakansiyaların 1.587% artdığını göstərir.
Sorğu həmçinin, AI və avtomatlaşdırmanın əsasən daha az mürəkkəb,
əməliyyat xarakterli vəzifələri əvəz etdiyini ortaya qoyur.


