Bakı. Trend:
Yanvarın 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, saat 17:00-a
məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti
davam edir.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR,
Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi
Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə
yağıntılar intensiv və güclüdür.
Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran
rayonlarında 1 dərəcəyədək isti Naxçıvan MR-da 6, dağlıq rayonlarda
7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə
alınır.

