
Bakı. Trend:
“Mançester Yunayted” yarımmüdafiəçi Ruben Neveşin transferi üçün
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna rəsmi təklif
göndərib.
Trend xəbər verir
ki, bu barədə jurnalist Ekrem Konur “X” sosial şəbəkəsində məlumat
paylaşıb.
Məlumata görə, İngiltərə klubu portuqaliyalı futbolçu üçün 23
milyon avro təklif edib və “Əl-Hilal”ın bu təklifi qəbul edəcəyinə
ümid edir. Təklif qəbul olunacağı təqdirdə, “Mançester Yunayted”
futbolçunun özü ilə danışıqlara başlayacaq.
Bununla belə, Ruben Neveş hazırda Səudiyyə Ərəbistanında özünü
rahat hiss edir və transferdə əsas məsələ maliyyə şərtləridir.
Yarımmüdafiəçinin “Əl-Hilal”la mövcud müqaviləsi 2026-cı ilin iyun
ayına qədər qüvvədədir.
Bu mövsüm Neveş klubun heyətində bütün turnirlər üzrə 21 oyunda
iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun transfer
dəyəri 25 milyon avro təşkil edir.


