
Bakı. Trend:
“ChatGPT” çatbotunu yaradan ABŞ şirkəti “OpenAI” ilk cihazını
2026-cı ildə təqdim etməyi planlaşdırır.
Trend xəbər verir
ki, bunu şirkətin siyasət rəhbəri Kris Leheyn “Axios” nəşrinə
açıqlamasında bildirib.
Onun sözlərinə görə, cihazın texniki xüsusiyyətləri barədə
hələlik ətraflı məlumat verilməyib. Bununla belə, Leheyn yeni
qurğunun smartfondan daha səssiz olacağını və istifadəsinin daha
asan olacağını qeyd edib.
O əlavə edib ki, OpenAI bu cihazın buraxılışını 2026-cı ilin
ikinci yarısına planlaşdırır.


