Suriya və ABŞ prezidentləri arasında telefon danışığı olub

Baş səhifə

Bakı. Trend:

Suriya Prezidenti Əhməd əş-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp
arasında telefon danışığı baş tutub.

Trend xəbər verir
ki, bu barədə Suriya Prezidentliyinin “X” sosial şəbəkə hesabında
məlumat paylaşılıb.

Bildirilir ki, hər iki lider Suriya ərazisinin bütövlüyü və
suverenliyinin qorunmasının vacibliyini vurğulayıb, sabitliyin
təmin olunmasına yönəlik bütün səylərin dəstəklənməsinin
zəruriliyini ifadə ediblər.




Tərəflər həmçinin Suriya dövləti çərçivəsində kürd xalqının
hüquqlarının qorunmasının vacibliyini təsdiqləyiblər.

Prezidentlər İŞİD terror təşkilatı ilə mübarizədə əməkdaşlığın
davam etdirilməsi və təşkilatın yaratdığı təhdidlərin aradan
qaldırılması məsələsində razılığa gəliblər.

Telefon danışığı zamanı bir sıra regional məsələlər də müzakirə
olunub və Suriyanın daha yaxşı gələcəyə doğru irəliləyə bilməsi
üçün ona yeni fürsət tanınmasının əhəmiyyəti vurğulanıb.