
Davos. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın
19-da Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru
Yakob Aarup-Andersen ilə görüşüb.
Trend xəbər verir
ki, söhbət zamanı tam yerli xammal əsaslı məhsulun buraxılması
istiqamətində artıq bir sıra layihələrin həyata keçirildiyi qeyd
edildi.
Bu xüsusda İmişlidə pivə istehsalında əsas xammal hesab olunan
arpanın emalı müəssisəsinin fəaliyyətinə toxunuldu. Gələcəkdə isə
qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılacağı
bildirildi.
Yakob Aarup-Andersen “Carlsberg Group”un Azərbaycanda istehsal
etdiyi məhsulun ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə
artdığını vurğuladı.
Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış
şəraitdən məmnunluq ifadə olundu.


