Bakı. Trend:
Nigeriyanın Kaduna ştatında silahlı dəstələr iki kilsədən
onlarla ibadətçini qaçırıblar.
Trend xəbər verir
ki, bu barədə “Reuters” agentliyi hüquq-mühafizə orqanlarına
istinadən məlumat yayıb.
Kilsə rəhbərinin sözlərinə görə, hadisə nəticəsində 160 nəfər
itkin düşüb.
Ştat polisinin məlumatına əsasən, silahlı şəxslər Kurmin-Vali
qəsəbəsində yerləşən ECWA və “Cherubim and Seraphim” kilsələrinə
hücum ediblər. Hazırda hüquq-mühafizə orqanları qaçırılmış
şəxslərin dəqiq sayını müəyyənləşdirməyə çalışırlar.

